Paytaxtın Binəqədi rayonunda bulaq suyu adı altında kran suyu satan müəssisə aşkar edilib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Biləcəri qəsəbəsi, Biləcəri şosesi, 1 May küçəsində yerləşən “ÇEMP Su” MMC-yə məxsus su emalı müəssisəsində aparılan yoxlama zamanı məlum olub ki, məhsulun etiketində “Böyük Qafqaz sıra dağlarının bulaqlarından ekoloji təmiz su” yazılıb, ancaq əslində məhsul mərkəzləşdirilmiş su sistemindən gələn suları filtr edərək satır.

Bundan əlavə, su filtrlərinin və digər avadanlıqların gigiyena qaydalarına uyğun olmadığı, aparatların yuyulması üçün düzgün kimyəvi maddədən istifadə edilmədiyi və avadanlıqların hissələrinin vaxtında dəyişdirilmədiyi məlum olub.

Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, sahibkar məsuliyyətə cəlb olunub.

Bulaq suyu adı altında kran suyu satılır
Foto AQTA