Məşhur Türkiyəli məşqçi Bakıda görüş keçirəcək. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az İticket.az saytına istinadən xəbər verir.

Dünyaşöhrətli sabiq peşəkar futbolçu, Türkiyə millisinin və “Qalatasaray”ın sabiq məşqçisi Fatih Terim öz sevənləri ilə görüşə gəlir.

69 yaşlı mütəxəssis Bakı Konqres Mərkəzində “Kaybetmek kolay, kazanmak olay” adlı seminarla öz uğur hekayəsi və müvəffəqiyyətin sirləri mövzusunda çıxış edəcək. Terim, həmçinin ona ünvanlanacaq sualları da cavablandıracaq.

Tədbir 17 iyun saat 19:05-də baş tutacaq. Biletləri İticket.az saytından almaq mümkündür. Qiymətlər 35-270 AZN arası dəyişir.