Paytaxtın Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 350 kv.m olan birmərtəbəli tikili 9 kv.m sahədə alışıb. Yüksək temperaturdan tikilinin tavanı 60 kv.m sahədə əriyib. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.