Paytaxtın Xəzər rayonu, Nardaran qəsəbəsində modul tipli yanacaqdoldurma məntəqəsi quraşdırılıb. Bu haqda bu gün, 10 may tarixində Bakupuls.az Azərbaycan Neft Şirkətinə istinadən xəbər verir.
Yeni məntəqə adıçəkilən qəsəbənin dalan 31, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşir. Burada 2 yanacaqpaylayıcı qurğu quraşdırılıb. Həmçinin YDS-də nağdsız satış üçün POS-terminallar da fəaliyyət göstərəcək.
Nardaranda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində “SOCAR” brendli YDS-lərin sayı 48-ə çatdırılıb.
