Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət ediblər. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Ümummilli liderin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ulu öndərin məzarını ziyarət ediblər.
Öncə Prezident ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla anıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.
Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.