Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində aptek yoxdur. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az ARB Media-ya istinadən xəbər verir.
Adıçəkilən qəsəbənin dəmir yolu stansiyası adlanan ərazisində 1 dənə belə aptek yoxdur. Sakinlər bildirirlər ki, onlar gedib Mərdəkandan dərman alırlar. Axşam saatları olanda isə dərmanın özündən daha çox yola pul xərcləyirlər.
“Nə tibb mərkəzi var, nə də aptek. Ancaq 5-10 km yol gedib Mərdəkandan almaq olur. 30 qəpiklik dərman üçün 5-6 manat yola pul xərcləyirik”, – deyə sakinlər şikayət edirlər.
Qala qəsəbə nümayəndəsi isə deyir ki, qəsəbədə aptek var və onlara heç bir şikayət gəlməyib.
Səhiyyə Nazirliyindən məsələ ilə bağlı bildirib ki, sakinlər yerli bələdiyyə və ya icra orqanına müraciət etməlidirlər. Bundan sonra həmin ərazidə araşdırma aparılacaq.