Bakıda üzgüçülük üzrə turnir keçiriləcək. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Azərbaycan Üzgüçülük Federasiyasına istinadən xəbər verir.
Turnir ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Yarışda 20-yə yaxın komanda müxtəlif yaş qruplarında öz gücünü sınayacaq.
Müsabiqə 12-13 may tarixlərində Bakı Su İdman Sarayında baş tutacaq. Açılış mərasimi 12 may tarixində keçiriləcək.