Paytaxtın Xətai rayonunda qurumuş ağaclar təhlükə saçır. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Söhbət adıçəkilən rayonun İlqar Zülfüqarov küçəsindən gedir. Məktəblər və bağçalar olan küçədəki ağacların budaqları uzun müddətdir quruyub və hər an insanların başına düşə bilər. Bu səbəbdən də valideynlər öz uşaqlarından, sürücülər isə avtomobillərindən narahat olurlar.

Ekologiya Nazirliyi məsələ ilə bağlı bildirib ki, sakinlər nazirliyə müraciət etməlidirlər. Bundan sonra ərazidə araşdırma aparılacaq.