Prezident SSRİ Xalq artisti Rauf Abdullayevlə bağlı Sərəncam imzalayıb. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az xəbər verir.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Rauf Abdullayevə Heydər Əliyev Mükafatı verilib.

85 yaşlı R. Abdullayev Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və bаş dirijоrudur.