Bakı bulvarında, “Crescent” (“Aypara” hotel və iş mərkəzi kompleksi) yaxınlığında “McDonalds” açılacaq. Bu haqda bu gün, 11 may tarixində Marja məlumat verib.

“Bakının möhtəşəm dəniz mənzərəsi və bu gözəl “Aypara” mənzərəsi ilə ləzzətli bir “McCafe” içdiyinizi təsəvvür edin”, – bunu “McDonald’s Azerbaijan” QSC-nin Əməliyyatlar və Satış direktoru Cihan Bıçakçı deyib.

Bu, şəbəkənin ölkədə 24-cü restoranı olacaq. Bir müddət əvvəl “McDonalds” Sumqayıtda dənizkənarı bulvar ərazisində restoran açıb.