Abşeron rayonunda mayın 9-da avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə edən 2 sürücü inzibati həbs edilib. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Yol polisi əməkdaşları tərəfindən “Ford” markalı avtomobilinin sürücüsü, Bakı şəhər sakini Hafiz Baxışov yol hərəkəti qaydalarını pozduğuna görə və “İsuzu” markalı avtobusun sürücüsü, Bakı şəhər sakini Ənvər Bəşirov nəzarət qaydasında saxlanılıblar.

Hək ikisinin nəqliyyat vasitələrini sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunub. Abşeron Rayon Məhkəməsinin qərarı ilə Bəşirov və Baxışov 4 gün müddətinə inzibati həbs ediliblər.