Həyat yoldaşına qarşı şiddət tətbiq edən polkovnik-leytenant barəsində istintaq tamamlanıb. Bu haqda bu gün, 11 may tarixində Oxu.az məlumat verib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynov işdən azad edilib.
Bu ilin mart ayında Hüseynovun həyat yoldaşı mediaya üz tutaraq ərinin dövlətin ona əmanət etdiyi silahı onun başına dirədiyini və onu “sənə xəyanət etmişəm” sözlərini deməyə məcbur etdiyini bildirmişdi.
Qadın onu da əlavə edib ki, Hüseynov onu zorla çöllük yerə gətirib və orada dəmir parça ilə döyüb. Qadın evdən qaçaraq mətbuata müraciət edib.