Bakıda bir sıra xəstəxanaların adları dəyişdirilib. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Bakı Baş Səhiyyə Mərkəzinə istinadən xəbər verir.

Belə ki, mərkəzin balasında olan 12 tibb müəssisəsinin adı dəyişdirilib. Onların yeni adları aşağıdakı kimidir.

  • 8 nömrəli Şəhər Xəstəxanası – Nardaran Sağlamlıq Mərkəzi;
  • 12 nömrəli BŞX – Suraxanı Sağlamlıq Mərkəzi;
  • 28 nömrəli BŞX – Bilgəh Sağlamlıq Mərkəzi;
  • Zabrat Müalicə Diaqnostika Mərkəzi – Zabrat Sağlamlıq Mərkəzi;
  • Zirə Müalicə Diaqnostika Mərkəzi – Zirə Sağlamlıq Mərkəzi;
  • 9 nömrəli BŞX – 41 nömrəli Şəhər Poliklinikası;
  • 13 nömrəli BŞX – 42 nömrəli Şəhər Poliklinikası;
  • 15 nömrəli BŞX – 43 nömrəli Şəhər Poliklinikası;
  • 18 nömrəli BŞX – 44 nömrəli Şəhər Poliklinikası;
  • 22 nömrəli BŞX – 14 nömrəli Şəhər Poliklinikası;
  • 31 nömrəli BŞX – 45 nömrəli Şəhər Poliklinikası;
  • 32 nömrəli BŞX – 46 nömrəli Şəhər Poliklinikası;

Adıçəkilən tibb müəssisələrinin bəzilərində stasionar fəaliyyət dayandırılıb və həmin məkanlarda ambulator-poliklinik xidmət gücləndirilib.