Paytaxtda 68 yaşlı qadın 14 yaşlı övladını küçəyə atıb. Bu haqda bu gün, 11 may tarixində Lent.az Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadəyə istinadən məlumat verib.

Ağazadənin sözlərinə görə, həmin qadın qızı qeyri-rəsmi övladlığa götürüb. Uşağın müvafiq sənədləri də mövcüd deyil.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət göndərilib. Araşdırma aparılır.