Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi” festivalı çərçivəsində 14 may, saat 15:00-da “NUR Art House” qalereyasının açıq meydançasında heykəltaraşların təqdimat sessiyası (workshop) təşkil olunacaq. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az məlumat verir.
Tədbir Arts Council Azerbaijan, World Craft Council Europe və NUR Art House Gallery tərəfindən keçirilir.
Festivalın müəllifi Dadaş Məmmədov, kuratoru Teymur Qəribovdur. Tədbirdə, həmçinin Aysel Nağıyeva, Zaur Qəhrəmanov, Fərid Məmmədov, Zümrüd Abbaszadə, Zəniyyət Məmmədova, Mələkxanım Əliyeva, Amin Ələsgərli, Gülarə Nəbiyeva, Dinara Müzəffərli iştirak edirlər.
Təqdimat yaradıcı gənclərin dəstəklənməsi, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği məqsədilə həyata keçirilir. Giriş sərbəstdir.