Bakının Nəsimi rayonunda kişi döyülərək quldurluğa məruz qalıb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, rayon ərazisində naməlum şəxs T.Misriyevi döyüb, 70 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməldə şübhəli bilinən əvvəllər məhkum olunmuş C.Salehov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.