İtalyan bəstəkar Lyudoviko Eynaudinin seçilmiş əsərləri Heydər Əliyev Sarayının səhnəsindən səsləndiriləcək. Konsert iyunun 2-də Qazaxıstanın “Tynda.Music” orkestri tərəfindən təqdim olunacaq. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az məlumat verir.

Lyudoviko Eynaudi zəmanəmizin ən məşhur bəstəkarlarından biridir, musiqidə neoklassik istiqamətin ikonik siması, sevilən fransız filmi “1+1” üçün musiqi müəllifidir. Eynaudinin əsərləri dünya klassiklərinin tarixinə daxil olmağı bacarıb.

“Tynda.Music” qeyri-standart məkanlarda sevimli musiqilərini ifa etmək ideyasından ilhamlanan peşəkar musiqiçilər komandasıdır. Proqramın müstəqil seçim imkanı, gözlənilməz yerlər və formatın çevikliyi musiqiçiləri cəsarətli yaradıcı ideyalarla birləşdirib. Orkestr klassik musiqini və cizgi filmlərindən və filmlərdən məşhur saundtrekləri ifa edir.

Biletlər artıq satışdadır. Onları şəhər kassalarından və onlayn əldə etmək mümkündür. Qiymətlər 25 manatdan başlayır.