Paytaxtın Xəzər rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma adıçəkilən rayonda olan “Ford” markalı nəqliyyat vasitəsində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Nəqliyyat vasitəsinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.