Paytaxtın Xəzər rayonunda xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 11 may tarixində Report məlumat verib.
32 yaşlı Cavid Əliyevin idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çarpılıb. Nəticədə o və sərnişin – 28 yaşlı Rza Cahangirov müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.