Bakıda polis maşını piyadanı vurub. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Hadisə Şıx çimərliyinin qarşısından keçən yolda baş verib. “BMW” markalı 99-YP-849 nömrəli patrul avtomobili hərəkətdə olan zaman yolu piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 30-35 yaşlı qadını vurub. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.