Paytaxtın Nəsimi rayonunda bir nəfəri təkləyərək pulunu oğurlayıblar. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xəzər Ələsgərov, Nicat Kərimov, Vüqar İsmayılov və əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı “pub”dan çıxan bir nəfəri döyərək onun 8512 AZN pulunu, sənəd və pul kisəsini əlindən alıblar.
Quldur dəstə zərərçəkənin çoxlu nəğd pulunun olduğunu o, “pub”da ödəniş edən zaman görüblər.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.