Bakının Binəqədi rayonunda keçmiş məhkum itkin düşüb. Bu haqda bu gün, 11 may tarixində Lent.az məlumat verib.

Əvvəllər məhkum olunmuş 40 yaşlı Ramil Məmmədzadə mayın 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı polisə müraciət daxil olub.

Onun tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.