Bu gün, 11 may tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) görüşü keçirilib. Bu haqda APA məlumat verib.
Görüşdə İslam dini ilə bağlı ibadət ocaqlarında imam və imam müavini vəzifələrinə müsahibədən uğurla keçmiş din xadimləri iştirak ediblər.
Onların üçü Bakıdakı məscidlərdə vəzifə tutublar:
- Qulamov Asif Ərəstun oğlu – Suraxanı rayonu, Qaraçuxur qəsəbə məscidi (İmam müavini);
- Aslanlı Ramil Zakir oğlu – Yasamal rayonu, “Hacı Cavad” məscidi (İmam);
- Mirzəyev Əbdülhüseyn Əbdülhəsən oğlu – Sabunçu rayonu, Nardaran qəsəbəsi “Cümə” məscidi (İmam).