Paytaxtın əsas prospektlərinin birində yol çöküb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Bakı şəhərinin 8 Noyabr prospektinin Süleyman Əhmədov küçəsi ilə kəsişməsindən mərkəz istiqamətinə olan hissəsində çökmə olub. Hazırda ərazidə təmir-bərpa işləri aparılır. Hərəkət qismən məhdudlaşdırılıb.