Bakıda xəstəxanada dava olub. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Hadisə “Yeni Klinika” xəstəxanasında baş verib. Səhər saat 07:00 radələrində klinikaya gələn pasiyent Elxan Hüseynov növbə götürən zaman özü ilə birgə mərkəzə gəlməyən digər şəxslər üçün də növbə götürmək istəyib. Klinikanın işçisi buna etiraz etdikdə isə pasiyent kobudluq etməyə başlayıb.

E.Hüseynov tibb işçisini təhqir edib, onu hədələməyə başlayıb. Daha sonra işçiyə hücum edərək onun qollarını yaralayıb və əlindən vərəq almağa çalışıb.

Məsələ ilə bağlı polis və prokurorluğa şikayət olunub. Hazırda araşdırma aparılır.