Bakının Binəqədi rayonunda yerləşən 3 mərtəbəli sexdə yanğın baş verib. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 400 kv.m olan, tikintisi başa çatmayan üçmərtəbəli tikilidə alışma başlayıb. Birinci mərtəbədə olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan “Volkswagen” markalı minik avtomobili yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb.