Bu gün, 11 may tarixində 2023-2024-cü tədris ili üzrə məktəblərin birinci siniflərinə şagird qəbulu başlayıb. Bu haqda Bakuplus.az məlumat verir.
Proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçirilir.
Bu gün, saat 11:00-dan etibarən qeydiyyat, mayın 15-i saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə məktəb seçimi nəzərdə tutulub.
15 may saat 11:00-dan 31 may saat 18:00-a kimi digər dillər üzrə təlim almaq üçün müsahibəyə qeydiyyat aparılacaq. Müsahibə dövlət təhsil müəssisələrinin I siniflərinə qəbul olunmaq üçün uşaqların bu dildə şifahi nitq bacarıqlarını yoxlamaq məqsədilə təşkil olunub.
Bakı Avropa liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə mayın 15-i saat 11:00-dan iyunun 27-si saat 18:00-a qədər həyata keçiriləcək.