Əməkdar artist Elxan Qasımovun səhhətində problem yaranıb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hazırda kinorejissor və aktyor özəl xəstəxanaların birində müalicə alır. Onun qızının sözlərinə görə, atasının vəziyyəti ağırdır.
Mədəniyyət Nazirliyi artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb.