Azərbaycanın hərbi qulluqçusu şəhid olub. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Novruzəlizadə Ermənistanın təxribatı nəticəsində həlak olub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
Daha öncə, sərhəddə vəziyyətin gərginləşməsi və 1 nəfərin yaralanması barədə məlumat verilmişdir.