Bakının Heydər Əliyev prospektində mayın 10-da zəncirvari qəza olub. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

“Toyota Prius” markalı avtomobil eyni istiqamətdə hərəkət edən “BMW” markalı avtomobilə çarpılıb. Nəticədə “BMW” “Hyundai” markalı minik avtomobili ilə toqquşub, “Hyundai” isə öz növbəsində daha bir “Hyundai”yə çarpılıb.

Hər dörd avtomobilə ziyan dəyib, xəsarət alan olmayıb.