Paytaxtın Binəqədi rayonu, Müşfiq qəsəbəsində mağazadan oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov adıçəkilən qəsəbədə yerləşən mağazaların birindən 835 AZN oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.