Müstəqil “M.Teatr” Mənim teatrım”) 12-14 may tarixlərində 3 tamaşa təqdim edəcək. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az məlumat verir.
12 may tarixində Jasmina Rzanın “ART” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası baş tutacaq. Tamaşanın quruluşçu rejissoru Ərturan Nəcəfi Göldür. Tamaşada rolları Vüqar Hacıyev, Şamil İbrahimov, Ərturan Nəcəfi Göl ifa edirlər. Biletlərin qiyməti 10 manat təşkil edir.
13 may tarixində Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənovdur. Tamaşada rolları Əməkdar artist İlqar Cahangir, aktyorlar Oksana Rəsulova və Ziya Ağa ifa edirlər.
14 may isə Sveyqin həmin tamaşasını başqa truppa təqdim edəcək. Bu tamaşada rolları Xalq artisti Vidadi Həsənov, aktyorlar Günəş Mehdizadə və Vüqar Hacıyev ifa edəcəklər.
Tamaşalar Tbilisi prospekti, 76 (Qanun nəşriyyatının binasının 3-cü mərtəbəsində) nümayiş olunacaq.