Bu yaxınlarda təmir olunmuş Nərimanov rayonu ərazisində yerləşən “Cümə” məscidində mayın 12-də ilk dəfə olaraq Cümə namazı qılınacaq. Bu haqda bu gün, 11 may tarixində Report məlumat verib.

Məsciddə eyni vaxtda 600 nəfər ibadət edə bilir. Məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.

Məscid 1998-ci ildə öz fəaliyyətinə başlayıb. Bir müddət sonra bina qəzalı vəziyyətə düşüb və 2021-ci ildə məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb.