Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Tədbir zamanı Əmrulla Hüseynov, Fərid Əliyev, Seymur Muxtarlı və İlahə Fərzullayeva saxlanılıblar. Onlarda 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələr vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində narkokuryerliklə məşğul olduqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.