Nizami Kino Mərkəzinin keçmiş direktoru Leyli Mirzəyeva Səbail Rayonu İcra Hakimiyyətində (RİH) yeni təyinat alıb. Bu haqda bu gün, 11 aprel tarixində APA məlumat verib.

Mirzəyeva RİH-nin İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

Bir neçə gün öncə Leyli Mirzəyeva 7 il ərzində tutduğu vəzifəsindən öz istəyi ilə çıxıb.