Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində sakinlər su problemi yaşayırlar. Bu haqda bu gün, 11 may tarixində Oxu.az məlumat verib.

Veteranlar xiyabanının arxasında yerləşən binalarda yaşayan sakinlərin sözlərinə görə, hər gün axşam saat 20:00-dan sonra su kəsilir, nəticədə işdən evə qayıdan sakinlər mütəmadi olaraq problemlə üzləşirlər.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Qaraçuxurda gecə saatlarında içməli suyun verilişinin dayandırılması su anbarı ehtiyatlarının yaradılması ilə əlaqəlidir.

“Sözügedən ərazidə su müəyyən qrafiklə verilir. Qrafiklərin tənzimlənməsi ilə bağlı gecə saatlarında suyun verilişi dayandırılır”, – deyə Cəbrayıllı əlavə edib.