Paytaxtın Səbail rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə isitnadən xəbər verir.

Bakı şəhər sakini İ.Adıgözəlovanı avtomobil yolunu keçən zaman B.Eyubov “Mercedes” markalı nəqliyyat vasitəsi ilə vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.