Mayın 10-u axşam saatlarında başlayan və hazırda davam edən Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan Ordusunun həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Verilən məlumata görə, Ermənistan Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Səhər saatlarında Ermənistan silahlı qüvvələri iriçaplı silahlar və minaatanlardan atəşə davam edir.

Caliber.az xəbər verir ki, əks tərəf Azərbaycan ordusunun mövqelərinə qarşı kamikadze dronlardan fəal şəkildə istifadə edir.

Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.