Bakının sərnişindaşıma şirkətləri baş nazirə müraciət ediblər. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Müraciətdə gediş haqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsi və onların fəaliyyətinə ciddi çətinliklər yarandığı bildirilir.

Belə ki, gediş haqqının minimum 40 qəpik olmasından sonra sərnişindaşıma şirkətlərinə verilən yanacaq subsidiyası kəsilib. Bu səbəbdən də sərnişindaşımada maya dəyər yenidən artıb. Bundan əlavə, ehtiyat hissələrinin qiymətlərinin artımı da şirkətləri çətin vəziyyətə qoyub.

“Bu gün paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişindaşıma xidməti çox ciddi iqtisadi və texniki böhranlar yaşayır”, – deyə müraciətdə bildirilir.