Sabah, 12 may tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) stadionunda Atletika üzrə Bakı şəhər Yay çempionatı başlayır. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az məlumat verir.

İdman yarışı iki gün davam edəcək. Çempionatın açılışı saat 15:00-da baş tutacaq.

Tədbir Azərbaycan Atletika Federasiyası tərəfindən keçirilir, yarış müxtəlif idman növləri üzrə nəzərdə tutulub.