Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin I kurs tələbəsi Xədicə Qarakişiyeva ötən gün dünyasını dəyişib. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Report-a istinadən məlumat verib.

Ötən il sentyabrın 29-da dərsdən sonra evə qayıdan tələbəni piyada keçidində avtomobil vurub. Xədicə Qarakişiyeva uzun müddət komada qalıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.