Paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsində avtomobil aşıb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Adıçəkilən küçədə “Prius” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə sonuncu idarəetmədən çıxaraq aşıb. Nəqliyyat vasitəsi yaxınlıqdakı sakinlərin köməkliyi ilə təkər üstünə qoyulub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Araşdırmalar davam edir.