Aeroport yolunun Bakının Suraxanı rayonu ərazisindən keçən hissəsində xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 12 may tarixində APA məlumat verib.

Yolda “Hyundai” və “Toyota Prius” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 3 nəfər – 1 qadın və 2 kişi xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.