Bu gün, 12 may tarixində futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura start verilir. Bu haqda Bakuplus.az məlumat verir.

Açılış oyununda “Zirə” öz meydanında “Kəpəz”i qəbul edəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Teymur Teymurov, Vüqar Həsənli.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Turun “Qəbələ” – “Turan Tovuz” və “Səbaıl” – “Qarabağ” görüşləri mayın 13-də, “Neftçi” – “Şamaxı” – mayın 14-də, “Sumqayıt” – “Sabah” – mayın 17-də baş tutacaq.