Azərbaycan və BƏƏ qarşılıqlı olaraq vətəndaşlar üçün viza rejimini ləğv edir. Bu, Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb. Bu haqda bu gün, 12 may tarixində Trend məlumat verib.
Ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər.
Əvvəllər vizasız giriş yalnız diplomatik və xüsusi/xidmət pasportu olan şəxslərə şamil edilirdisə, dəyişiklikdən sonra bu, adi pasportu olan şəxslərə də şamil olunacaq.