Prokurorluqdan verilən məlumata görə, 14 yaşlı qız çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.

14:54 – Bakıda uşaq özünü binadan atıb

Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində uşaq faciəvi şəkildə ölüb. Bu haqda bu gün, 12 may tarixində Lent.az məlumat verib.

İlkin məlumata görə, 11 yaşlı oğlan özünü binadan atıb. O, aldığı xəsarətlərdən dünyasının dəyişib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin ehtiyatsızlıqdan ola biləcəyi də istisna edilmir.