Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində gizlədilmiş ov tüfəngi aşkar edilərək götürülüb. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Polis əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hazırda həbs yerində olan R.Azərinin lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.