Azərbaycan Milli İncəsənət Muzeyində 13 may saat 14:00-da “Kağız kəsmə sənəti” adlı ustad dərsi keçiriləcək. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az məlumat verir.
Ustad dərsi “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində Çin ustaları tərəfindən təşkil olunacaq.
Master-klasda iştirak sərbəstdir, lakin yerlərin məhdud olduğuna görə qeydiyyat mütləqdir. Əlaqə telefonu: (+994 12) 492 50 19 daxili nömrə/ 131.