Bakıda fiziki məhdudiyyətli insanlar üçün “KEKALOVE Adaptive Fashion Show” xüsusi moda nümayişi keçirilib. Bu haqda bu gün, 12 may Bakuplus.az Report-a istinadən məlumat verir.
Moda nümayişi Almaniya və Fransanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə baş tutub. Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman və Fransanın Azərbaycandakı səfiri Ann Buayon açılış mərasimində çıxış edərək layihənin vacibliyini vurğulayıblar.
Tədbirin keçirilməsində məqsəd əlilliyi olan insanların ehtiyaclarını nəzərə alan xüsusi və adaptiv geyimləri nümayiş etdirməkdir. Kolleksiyanın müəllifi Azərbaycanda adaptiv geyimlərin ilk peşəkar dizayneri Rəşidə Əliyevadır.
“Kekalove Adaptive” 2019-cu ildən fəaliyyət göstərir. Bu, Azərbaycanda ən uğurlu sosial layihə hesab olunur.