Paytaxtın Nərimanov rayonu, Xətai prospekti, 16 ünvanında “VAZ-21011” markalı avtomobil alışıb. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb. Alovun ətraf əraziyə keçməsinin qarşısı alınıb. Avtomobilin içərisində xəsarətlər alan şəxs aşkarlanıb və Yanıq Mərkəzinə yerləşdirilib.
APA-dan əldə olunan məlumata görə, həmin şəxs tüfeyli həyat tərzi sürür. O, həmin avtomobili özü üçün sığınacaq kimi seçib. Hadisə yerinə polis əməkdaşları gəliblər, nəqliyyat vasitəsi sahibinin izahatı alınıb.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxsin vəziyyəti ağırdır.
